Türkiyə I Liqasında 15-ci turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Manisa" ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Namik bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunun müəllifi olub. Həmyerlimiz 51-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Bursaspor" 18 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.