Almaniya çempionatı: "Bavariya" qələbə qazandı, "Borussiya" xal itirdi

Sportarena.az      12 Dekabr 2021 , 10:28

Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir.

Tur çərçivəsində daha 6 qarşılaşma oynanılıb. “Herta” “Arminiya”nı məğlub yola salıb. “Frayburq” evdə “Hoffenhaym”a, “Volfsburq” isə “Ştutqart”a uduzub.

Lider “Bavariya” bu turda “Maynts”ı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Dortmund “Borussiya”sının rəqibi “Boxum” olub. Qonaqlar bu görüşdən xal itkisi ilə ayrılıblar.

 “Leyptsiq” doğma meydanda Münhenqladbax “Borussiya”sını qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

Almaniya Bundesliqası

11 dekabr

"Bavariya" – "Maynts" - 2:1

Qollar: Koman, 53. Musiala, 74 – Onisivo, 22.

"Boxum" – "Borussiya" (Dortmund) - 1:1

Qollar: Polter, 40-pen – Brandt, 85.

"Herta" – "Arminiya" - 2:0

Qollar: Yovetiç, 53. Selke, 90+5.

"Leyptsiq" – "Borussiya" (Münhenqladbax) - 4:1

Qollar: Qvardiol, 21. A.Silva, 33. Nkunku, 90+1. Henriks, 90+4 – Bensebaini, 88.

"Frayburq" – "Hoffenhaym" - 1:2

Qollar: Şlotterbek, 21 – Raum, 3. Riçards, 90+4.

"Volfsburq" – "Ştutqart" - 0:2

Qollar: Mavropanos, 25. Forster, 63.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin