"Qarabağ” üzərində qələbəni qısaca qeyd etdik" - Patrik Rahmen

12:22 12 Dekabr 2021

“Bazel”in baş məşqçisi Patrik Rahmen İsveçrə çempionatında “Servett”ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

O, yerli mətbuata açıqlamasında Konfrans Liqasında “Qarabağ”a 3:0 hesabıyla qalib gəldikləri matça da toxunub:

 

“Əlbəttə, biz “Qarabağ” üzərinə qələbəni qısaca qeyd etdik. Lakin sonra dərhal diqqətimiz “Servett”lə oyuna yönəldi. Bu müsbət enerjini tam olaraq özümüzlə Cenevrəyə aparmaq istəyirik. Rəqibimiz yüksəlişdədir. Cenevrədə xal qazanmaq asan deyil”.

Xatırladaq ki, H qrupunun son turunda "Qarabağ"ı məğlub edən "Bazel" qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Ağdam klubu isə pley-offda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti