Braziliyanın “Palmeyras” klubundan ayrılan Felipe Melonun yeni ünvanı məlum olub. 38 yaşlı yarımmüdafiəçi “Fluminense”yə keçəcək.
Bu barədə Braziliya klubunun prezidenti Mario Bittenkur yerli mətbuata açıqlamasında deyib.
Bittenkur Melo ilə razılığa gəldiklərini və onunla yeni müqavilə imzalayacaqlarını bildirib.
Braziliyalı futbolçu karyerası ərzində ölkəsində “Flamenqo”, “Qremio”, “Kruzeyro”, İtaliyada “Fiorentina”, “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Malyorka”, “Rasinq”, “Almeriya” kimi klublarda da çıxış edib.