"Sabah"ın futbolçusu Kamran Quliyev üçün Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirilən oyun (3:0) əlamətdar olub.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, əsas komandada ilk oyununu keçirən 21 yaşlı futbolçu debütünü qolla qeyd edib. Belə ki, matçın 80-ci dəqiqəsində Coy-Lens Mikelsin əvəzinə meydana daxil olan Kamran, oyuna əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək görüşdə son nöqtəni qoyub (3:0).
Cari mövsümdə “Sabah-2″nin heyətində 6 qola imza atan Quliyev, I Divizionun bombardirlər siyahısında 2-ci sırada yer alıb.