“Yuventus”un futbolçusu Paulo Dibala sıradan çıxdı

18:58 12 Dekabr 2021

“Yuventus” klubu ciddi itkiylə üzləşib. Turin təmsilçisinin futbolçusu Paulo Dibala sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Dibala “Yuventus”un A Seriyasının 17-ci turunda “Venetsiya”ya qarşı keçirdiyi səfər matçının (1:1) 12-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Argentinalı hücumçunun əvəzinə meydana Kayo Jorje çıxıb.
 
Dibalanın son vəziyyəti tibbi müayinədən sonra bilinəcək.


Digər xəbərlər

Xəbər xətti