“Formula 1” üzrə dünya çempionatının qalibi bəlli oldu

21:33 12 Dekabr 2021

Bu gün “Formula 1” üzrə dünya çempionatının 2021-ci il mövsümünə yekun vurulub. “Red Bull” komandasının pilotu Maks Ferstappen karyerasında ilk dəfə dünya çempionu olub.
 
O, "Yas Marina” avtodromunda keçirilən mövsümün son yarışı olan Əbu Dabi qran-prisində sonuncu dövrədə “Mercedes”in pilotu Luis Hamiltonu qabaqlamaqla çempionluğu təmin edib.
 
Hamilton ikinci olubsa, "Ferrari"dən ispaniyalı Karlos Sayns finişə 3-cü çatıb. 
 
"Red Bull" komandası son 8 ildə ilk dəfə titul qazanıb.


Digər xəbərlər

Xəbər xətti