Polşa çempionatında 18-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, bu turda Azərbaycan millisinin 2 futbolçusunun komandası üz-üzə gəlib.
Mahir Emrelinin formasını geyindiyi "Legiya" Anton Krivotsyukun çıxış etdiyi "Visla" ilə oynayıb.
Matç Plotsk təmsilçisinin 1:0 hesablı qələbəsilə başa çatıb.
Qarşılaşmaya start heyətində çıxan Mahir 73-cü dəqiqədə əvəzlənib. Anton Krivotsyuk matçın iştirakçısı olmayıb.
Hazırda "Legiya" 12 xalla son pillədə qərarlaşıb.