Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub. Sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Bernli” - “Vest Hem” matçında qapılara qol vurulmayıb. “Lester Siti” doğma meydanda “Nyukasl”ı 4 cavabsız qolla məğlub edib.
Günə “Kristal Pelas” – “Everton” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb -3:1.
Bu tur keçirilməli olan “Brayton” – “Tottenhem” matçı qonaq komandanın heyətində koronavirusa yoluxma hallarını artması səbəbindən təxirə salınıb.