Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Baş Assambleyasının iclası keçirilib.
Sportarena.az xəbər verir ki, tədbirdə IPC-nin prezidenti vəzifəsinə seçkilər baş tutub.
Braziliyalı funksioner Endryu Parsons yenidən qurumun rəhbəri seçilib. O, 2017-ci ildən sözügedən vəzifədə çalışır.
44 yaşlı funksioner 2005 - 2009-cu illərdə Amerika Paralimpiya Komitəsinə başçılıq edib. Parsons 2009-cu ildən 2017-ci ilədək isə Braziliya Paralimpiya Komitəsinin prezidenti olub.