"Vulverhempton"la matç “Mançester Siti”nin oyunçusu Rahim Sterlinq üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, “şəhərlilər”in yeganə qolunu vuran ingilis turnirdəki qollarının sayını 100-ə çatdırıb.
O, Premyer Liqada 100 qol səddinə çatan 32-ci futbolçu olub.
Sterlinq çempionatda 100 qol vuran futbolçular siyahısında yer alan ən gənc oyunçudur (27 yaş 3 gün).