Mübariz Mənsimov Lənkəranda futbolun olması üçün RAZILIQ VERDİ

16:30 13 Dekabr 2021

«Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimov klubun balansında olan stadionun «Xan Lənkəran»a uzunmüddətli icarəyə verilməsinə razılaşıb.

Sportarena.az sportinfo.az saytına istinadən xəbər verir ki, bu ilin yayında yaradılan və AFFA tərəfindən dəstəklənən klub hazırda Region Liqasında mübarizə aparır.

Rusiyada biznes fəaliyyəti ilə məşğul olan lənkəranlı iş adamlarının maliyyələşdirdiyi komandanın növbəti mövsümdə I Divizionda iştirakı gözlənilir.

Hər halda klub və federasiya rəsmiləri arasında keçirilən görüşdə qarşıdakı planlar barədə geniş fikir mübadiləsi aparılıb və «Xan Lənkəran»ın bolgədə futbol həyatının yenidən canlandırılması yönündə fəaliyyəti müsbət qarşılanıb.

AFFA fikrini dəyişməsə, «Xan Lənkran»ın təşkilatlanması və peşəkar status alması uzun müddət almayacaq. Belədə «Xəzər Lənkəran»ın adını daşıyan stadionun təmirinə may-iyun aylarından etibarən start veriləcək.

​Təbii ki, yenidənqurma federasiyanın maliyyəsi hesabına aparılacaq. Ümumiyyətlə, stadionun saxlanılması üçün tələb olunan vəsait qurum tərəfindən qarşılanacaq. 


Digər xəbərlər

Xəbər xətti