Qurban Qurbanov: "Marsel"in adından çəkinməyəcəyik" - VİDEO

Sportarena.az      14 Dekabr 2021 , 10:00

“Arzuolunmaz rəqibin düşdüyünü fikirləşə bilərik. İlk olaraq bizim rəqibimiz bilindi. Futbolçularımın daha da böyüməsi, Azərbaycana daha böyük klubların gəlməsi üçün baxımından deməzdim sevinmişəm. Futbolumuzun inkişafı üçün hər zaman demişəm ki, bunun hər hansı bir faydası olacaq. “Marsel”ə qədər də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzmağımıza baxmayaraq, futbolçular layiqli çıxış etməyi bacarıblar”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. 

 

O, pley-offda “Marsel”ə rəqib olmalarına münasibət bildirib. Qurbanov “Marsel”in güclü olmasının onları qorxutmadığını və fransızlara qarşı uğurlu oyunlar göstərməyə çalışacaqlarını vurğulayıb: “Məncə, bu il təcrübəmiz daha çoxdur. Hamı fikirləşə bilər ki, güclü rəqiblə qarşılaşacağıq. Ancaq bu turnirə başlayanda məndə hansı istək, inam var idisə, futbolçulara necə güvənirdimsə, “Marsel”ə qarşı da eyni fikirdəyəm. İki ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Hər xırda detalı futbolçularımıza düzgün çatdırmağa və layiqli mübarizə aparmağa çalışacağıq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, gələn il başlanğıcda ən yaxşı oyunlarımızdan biri “Marsel”ə qarşı olacaq. Komandama güvənirəm. Məğlub olmaq sözünü demək istəmirəm. Ancaq düşünürəm ki, futbolçularımız rəqibdən çəkinmədən layiqli mübarizə aparacaq”.

 

Qeyd edək ki, komandalar arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək. 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin