Mahir Emreli "Legiya"dan ayrılır?

10:42 14 Dekabr 2021

Milli komandamızın hücumçusu Mahir Emreli "Legiya"dan ayrılmaq niyyətindədi.

Sportarena.az xəbər verir ki, forvard "Visla"ya uduzduqları oyundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmaq fikrinə düşüb.

Emrelinin müqaviləni ləğv etmək üçün vəkillərlə məsləhətləşdiyi bildirilir. Forvardın növbəti turda "Zaqlembe" ilə matçda meydana çıxmayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti