"Zirə"nin qış hazırlıq planı bəlli oldu

13:53 14 Dekabr 2021

Azərbaycan Premyer Liqa klublarından "Zirə"nin qış hazırlıq planı müəyyənləşib. "Qartalllar" təlim-məşq toplanışı məqsədilə Türkiyəyə üz tutacaq.
 
Rəşad Sadıqovun komandası yanvarın 5-də qardaş ölkəyə yollanacaq və Antalyanın Lara bölgəsində məckunlaşacaq. Yanvarın 25-nə qədər davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərin adları dəqiqləşməyib.
 
Qeyd edək ki, "Zirə" qış fasiləsinə bir tur qalmış hazırda 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti