Cüdo Federasiyasının sabiq baş katibinə beynəlxalq qurumda vəzifə verildi

15:35 14 Dekabr 2021

Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiyasiyasının (İBSA) yeni İdarə Heyəti təsdiqlənib. Sportarena.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, İBSA-da komitə rəhbəri İlqar Rəhimovun vitse-prezident seçilməsindən sonra daha bir azərbaycanlı federasiyada yer alıb.
 
MPK-nın cüdo idman növü üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni təsdiq edilən heyətdə Avropa üzrə koordinator vəzifəsi "Neftçi" İdman Klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib.
 
İlqar Rəhimov cüdo komitəsinin yeni tərkibinə məktubla, Elmar Babanlı ilə isə görüşərək uğurlar arzulayıb.
 
Elmar Babanlı 2015-2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının baş katibi vəzifəsində çalışıb. Noyabrın 23-də onu Rəşad Rəsullu əvəzləyib.


Digər xəbərlər

Xəbər xətti