Dünya Güləş Birliyindən azərbaycanlı hakimə təşəkkür - FOTO

17:00 14 Dekabr 2021

Dünya Güləş Birliyi (UWW) Azərbaycanın olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevə təşəkkür edib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə UWW-nin rəsmi səhifəsində məlumat yayılıb. 

 

Beynəlxalq federasiya Tokioda keçirilən Yay Olimpiya Oyunlarında və Norveçin paytaxtı Oslodakı dünya çempionatında uğurlu hakimliyi ilə yadda qalan referiyə minnətdarlıq edib. 

 

Qeyd edək ki, Asif Şirəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında idarəçilik edib. O, Osloda keçirilən dünya çempionatında iki final görüşündə hakimlik etməklə də yadda qalıb. 

 

Xatırladaq ki, Asif Şirəliyev I-S kateqoriyasına sahibdir. 



Xəbər xətti