"Barselona" "Boka Xuniors"a uduzdu

10:12 15 Dekabr 2021

“Barselona” əfsanəvi futbolçu Dieqo Maradonanın şərəfinə keçirilən Maradona kubokunda “Boka Xuniors ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Mrsool Park” stadionunda təşkil olunan qarşılaşma Cənubi Amerika təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Boka Xuniors” 4:2 hesabıyla qalib gəlib.

Xatırladaq ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı mərhum futbolçu müxtəlif illərdə həm "Boka Xuniors"un, həm də "Barselona"nın formasını geyinib.


Xəbər xətti