Mahir Emreli "Legiya"da məşqə çıxmadı

13:00 15 Dekabr 2021

Polşanın "Legiya" klubunda çıxış edən millimizin hücumçusu Mahir Emreli komandanın ötən gün keçirilən məşqində iştirak etməyib.

Mahirlə yanaşı, braziliyalı yarımmüdafiəçi Lukinyas da məşqə qatılmayıb.

Onların çempionatın son turunda Plotsk "Visla"sına məğlubiyyətdən (0:1) sonra azarkeş hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları bildirilib.

Xatırladaq ki, "Legiya" fanatları "Vilsla" ilə oyundan sonra Varşava təmsilçisinin avtobusuna girərək futbolçulara hücum edib.  


Xəbər xətti