Buenos-Ayres beynəlxalq hava limanında Maradonanın heykəli ucaldıldı

12:00 16 Dekabr 2021

Əfsanəvi futbolçu Dieqo Maradonanın Buenos-Ayres beynəlxalq hava limanındakı heykəlinin açılışı olub. 

Bu barədə “Marca” məlumat yayıb. Heykəlin 3D formatında hazırlandığı bildirilib. Heykəltəraşlar bu əsəri yaratmaq üçün Maradonnanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında himn səsləndirilməsi zamanı çəkilən şəkillərindən istifadə ediblər. 

Məlumatda o da qeyd olunub ki, “Airports Argentina 2000” şirkətinin rəhbəri Eduardo Eurnekyanın sözlərinə görə, o, Maradona sağ olarkən futbolçuya heykəlinin ucaldılmasını təklif edib. Oyunçu isə həmin vaxt heykəlin hava limanında yerləşdirilməaini istəyib. 

Qeyd edək ki, Maradona ötən il noyabrın 25-də 60 yaşında ürək tutmasından vəfat edib. 


Digər xəbərlər

Xəbər xətti