Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AFFA-nın rəsmi saytına verdiyi açıqlamada püşkü dəyərləndirib:
"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin