"Bavariya"nın müdafiəçisi Kanadada ilin ən yaxşısı seçildi

00:34 17 Dekabr 2021

Kanadada 2021-ci ilin ən yaxşı futboçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Bavariya"nın müdafiəçisi Alfonso Devis ən yaxşı seçilib. 21 yaşlı futbolçu məşqçilər və idman jurnalistləri arasında keçirilən sorğuda hamını qabaqlayıb.

 

Səsvermədə "Lill"in hücumçusu Conatan David ikinci, "Beşiktaş"da oynayan Kayl Larin isə üçüncü olub.

 

Qeyd edək ki, Alfonso Devis bu il Kanada yığmasının heyətində 5 qol və 8 asistlə yadda qalıb. Gənc müdafiəçi "Bavariya" ilə Almaniya çempionluğu yaşayıb.


Digər xəbərlər

Xəbər xətti