“Azərbaycan millisi bizim üçün münasib rəqibdir” - Moldova yığmasının baş məşqçisi

12:43 17 Dekabr 2021

“C Liqasının 3-cü qrupunda bizimlə bir qrupda yer alan komandaları yaxşı tanıyırıq. Bir müddət əvvəl həm belaruslular, həm də azərbaycanlılarla oynamışıq. Bu il Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etmişik. Bu komandaları yaxşı tanıyırıq və onlar xal üçün mübarizə apara biləcəyimiz münasib rəqiblərdir. Slovakiya yığması isə qrupun favoritidir. Onların Rusiya millisi ilə oyunlarını görmüşük. Kifayət qədər yaxşı komandadır. Ruslar onları çətinliklə üstələmişdi".

Bu sözləri Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko federasiyanın saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

Millimizin potensial rəqiblərindən olan yığmanın çalışdırıcısı daha sonra bildirib:
 
"2022-ci ilin martında Qazaxıstanla pley-off oyunlarımız var. Bu görüşlər bizim üçün çox vacibdir. Çünki C Liqasına düşmək istəyirik. Bu, ölkənin nüfuzu ilə bağlıdır, üstəlik, daha güclü rəqiblərimiz olacaq. Son vaxtlar həm belaruslular, həm də azərbaycanlılarla oynamışıq. Bu il Azərbaycan millisini yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdik. Biz bu komandaları yaxşı tanıyırıq, onlar xal üçün mübarizə apara biləcəyimiz münasib rəqiblərdir".
 
Qeyd edək ki, Moldova millisi Qazaxıstanla pley-off oyunlarında qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 1-ci qrupunda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti