Mahir Emreli ilin son matçında oynayacaq?

16:45 17 Dekabr 2021

"Legiya" Polşa çempionatında 2021-ci ilin son oyununa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, Varşava təmsilçisinin hücumçuları Luquinyas və Mahir Emreli "Radomiak Radom"a qarşı görüşdə meydana çıxmayacaq. Bu barədə "legia.net" saytı məlumat yayıb.

 

Plotsk "Visla"sı ilə matçdan (0:1) sonra azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan Emreli hələ də komanda ilə məşqlərə qoşulmayıb.

 

Qeyd edək ki, "Legiya" – "Radomiak Radom" matçı dekabrın 19-da keçiriləcək. 


Xəbər xətti