“Qarabağ” qış təlim-məşq toplanışında aparıcı futbolçularının birinin xidmətindən məhrum ola bilər.
Sportarena.az xəbər verir ki, Ağdam klubu Patrik Andradenin xidmətindən istifadə edə bilməyəcək.
Məsələ burasındadır ki, Patrik yanvarda Kabo-Verde millisinin heyətində Afrika Millətlər kubokunda iştirak edəcək. 28 yaşlı futbolçunun komandasını qrup mərhələsi çərçivəsində Efiopiya (9 yanvar), Burkina-Faso (13 yanvar) və Kameruna (17 yanvar)qarşı oynayacaq.
Kabo-Verde qrupdan çıxarsa, o, “Qarabağ”ın ölkə kubokunun 1/4 final mərhələsinə fevralın 1-də “Keşlə”yə qarşı keçirəcəyi oyunu da buraxmalı olacaq.