Braziliya millisinin sabiq üvü Ronaldo daha bir klubun səhmlərini aldı

00:44 20 Dekabr 2021

Braziliya millisinin sabiq üvü Ronaldo yeni klub alıb.

Keçmiş hücumçu Braziliyanın “Kruzeyro” klubunun səhmlərinin 90 faizini alıb. Ronaldo bunun üçün 62 milyon avro ödəyib.

Ronaldo İspaniyanın “Valyadolid” klubunun da sahibidir.

Qeyd edək ki, Ronaldo 2011-ci ildə futbolçu karyerasını başa vurub. O, "Kruzeyro", PSV, "Barselona", "İnter", "Real", "Milan" və "Korintians"da çıxış edib. Ronaldo Braziliya millisi ilə iki dəfə dünya çempionu olub.


Xəbər xətti