Peşəkar Futbol Liqası 2021-ci ilin statistik göstəricilərini təqdim edib.
Sportarena.az xəbər verir ki, məlumata əsasən, başa çatmaqda olan il ərzində Premyer Liqada 117 oyun keçirilib.
Bunlardan 61-i 2020/21, 56-sı 2021/22 mövsümünə təsadüf edib. Bu matçlarda 288 qol vurulub.
Bu il ən çox xal toplayan komanda “Qarabağ” olub. İlin ən yaxşısı olan Qurban Qurbanovun yetirmələri 30 oyunun 2/3-də qalib gəlib. 67 xal toplayan Ağdam təmsilçisi hamıdan çox qol vuran, ən az uduzan və qol buraxan komandadır.
Bir matç az keçirən “Neftçi” 10 xal geridədir. Digər komandalar liderlərdən çox geri qalır. “Qarabağ” kimi bir oyun çox keçirən “Səbail” 2021-ci ildə ən az xal toplayan komandadır.