Azərbaycan Premyer Liqasında 2-ci dövrənin ən yaxşısı bəlli oldu

11:27 20 Dekabr 2021

Azərbaycan Premyer Liqasının ikinci dövrəsində 28 oyunda 86 top vurulub.

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, birinci dövrədəki ilə müqayisədə 19 qol çoxdur. İlk 7 turda komandalar 67 dəfə fərqlənib.

Birinci dövrədəki kimi yenə 7 turluq hissənin ən yaxşısı “Qarabağ” olub. Mövsümün ilk 1/4-ində 17 xal toplayan Ağdam klubu bu dəfə 16 xal qazanıb.

İkinci dövrədə “Sabah” da həm qələbə, həm qol, həm xal sayında liderlə eyni göstəriciyə imza atıb. Lakin Bakı klubu təxminən 3 dəfə çox qol buraxıb. “Qəbələ” dövrəni liderlərdən iki xal geridə başa vurub. 


Digər xəbərlər

Xəbər xətti