Futbol üzrə Türkiyə Super Liqasının son çempionu “Beşiktaş”la ölkə kubokunun finalçısı “Antalyaspor” arasında Super Kubok oyunu Qətərdə keçiriləcək. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma 2022-ci il yanvarın 5-də, Qətərin paytaxtın Dohadakı “Əhməd Bin Əli” stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.