“Mançester Yunayted”in futbolçusu sürücülük hüququndan məhrum edildi

13:24 21 Dekabr 2021

“Mançester Yunayted”in futbolçusu Aron Van-Bissaka sürücülük hüququndan məhrum edilib. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.
 
İngilis müdafiəçi siğortasız avtomobil idarə etdiyi üçün 6 aylıq sürücülük hüququndan məhrum edilib.
 
Van-Bissaka bununla yanaşı, 30 min funt-sterlinq məbləğində cərimələnib.
 
Van-Bissaka bu mövsüm “Mançester Yunayted”lə 13 oyuna çıxıb.


Xəbər xətti