İdmançılarımız Moskvada 6 medal qazandı

18:12 21 Dekabr 2021

Rusiyanın paytaxtı Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında Hafiz Verdiyev (100 kq), Namiq Mehdiyev (90 kq), Raif Süleymanov (90 kq, veteranlar) və Nicat Xosrovzadə (125 kq) deadlift növündə dünya çempionu olublar.

 

Sportarena.az xəbər verir ki, Roman Əhmədov (82,5 kq) ikinci, Aydın Hümbətov (125 kq) isə üçüncü yeri tutublar.

 

Pauerliftinq növündə Ramil Əhmədov (100 kq) və Rövşən Xəlilov (75 kq) qızıl medal qazanıblar. Əhmədov dördüncü, Xəlilov isə beşinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəlilov həm də peşəkar divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı olub.

 

Bu növdə həmçinin Hüseyn Hüseynov (52 kq), Ramin Süleymanzadə (60 kq), Fərdi Qurbanov (82,5 kq), Məhəmməd Hüseynov (90 kq), Elvin Müzəffərov (67,5 kq), Nihat Quliyev (100 kq) qızıl, Kamran Lazımov (82,5 kq) isə gümüş medala sahib çıxıblar.


Digər xəbərlər

Xəbər xətti