Türkiyə Superliqasında 18-ci tura start verilib.
İlk oyun günündə dörd matç keçirilib.
“Antalyaspor” – “Kasımpaşa” görüşündə qalib müəyyənləşməyib -1:1. “Başakşəhər” “Girəsunspor”a 3:1, lider “Trabzonspor” “Altay”a 2:1 hesabı ilə qalib gəlib. “Qalatasaray” isə səfərdə “Adana Dəmirspor”a məğlub olub - 0:2.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Trabzonspor" başçılıq edir. "Konyaspor" 33 xalla 2-ci, "Başakşəhər" 32 xalla 3-cüdür.