Mahir Emreli "Legiya"nın ən yaxşı oyunçusudur

02:25 22 Dekabr 2021

“Legiya”da futbolçuların bu mövsümün ilk yarısına aid statistik göstəriciləri açıqlanıb. 

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Varşava təmsilçisinin ən yaxşı oyunçusudur. O, indiyə kimi bütün turnirlər daxil olmaqla, 11 qol vurub və 2 qolun ötürməsini verib. Mahir klubda bu mövsüm ən çox qol vuran futbolçudur.
 
Millimizin üzvü oyun sayına görə də liderlər sırasındadır. 33 matçda oynayan Mahir ümumilikdə 2066 dəqiqə meydanda olub. O, bu göstəricidə yalnız Mateuş Veteska (33 oyun, 2962 dəqiqə), Bartoş Sliş (33 oyun, 2515 dəqiqə), Lukinyas (31 oyun, 2301 dəqiqə) və Filip Mladenoviçdən (28 oyun, 2220) geri qalır.


Digər xəbərlər

Xəbər xətti