Fransanın “Bordo” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
COVID-19 testi pozitiv çıxanların əksəriyyəti futbolçulardır. Bu üzdən komandanın Liqa 1 çərçivəsində “Lill”ə qarşı keçirəcəyi ev oyununun baş tutub-tutmayacağı sual altındadır.
“Bordo” dekabrın 22-də ölkə çempionatının 19-cu turu çərçivəsində “Lill”i qəbul edəcək. Oyuna Bakı vaxtı ilə 00:00-da start verilməlidir.