Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan milli komandasının heyətində məşqlərə qatılıb.
Sportarena.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya idmançının özü məlumat verib. O bildirib ki, hazırda yığmanın heyətində Göygöldə təlim-məşq toplanışındadır:
“Açığı, mən milli komandadan getməmişdim. Sadəcə keçmiş federasiya rəhbərliyi ilə problemim var idi. Rəhbərlik dəyişəndən sonra isə komandadayam və hazırda da yığma ilə təlim-məşq toplanışındayam”.
Qeyd edək ki, Elmar Qasımov Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov və baş katib Elmar Babanlı ilə olan problemlərə görə yığma komandanın məşqlərinə qatılmırdı.