“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi istefaya göndərildi

16:50 22 Dekabr 2021

Rumıniyanın "Dinamo" (Buxarest) klubu baş məşqçisi Mirça Redniklə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın nəticələri qənaətbəxş olmadığına görə rumıniyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verildiyi bildirilib.

Komanda son 12 oyunda yalnız 1 qələbə qazanıb. Paytaxt təmsilçisi hazırda çempionatda 12 xxalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2010/11 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.


Xəbər xətti