“Sabah”ın qış hazırlıq planı bəlli oldu

18:00 22 Dekabr 2021

“Sabah” futbol klubunun qış hazırlıq planı bəlli olub.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda məşqlərə yanvarın 6-da, Bakıda başlayacaq.

“Ağ-göylər” ayın 12-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. Antalya toplanışı yanvarın 26-na kimi davam edəcək.

Türkiyədəki təlim-məşq toplanışı müddətində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti