"Turan Tovuz" 4 yaşlı uşağın müalicəsinə maddi dəstək olub

01:39 23 Dekabr 2021

“Turan Tovuz” xeyirxah addımla diqqət çəkib.

Sportarena.az xəbər verir ki, I Divizion təmsilçisi görmə zəifliyindən əziyyət çəkən 4 yaşlı Əsgərova Fatimənin müayinə və müalicəsinə dəstək olub.

​Onun Bakı şəhərində müalicəsi üçün tələb olunan vəsait ailəsinə təqdim olunub. Tovuz klubu Fatiməyə bundan sonrakı müalicə prosesində də maddi və mənəvi dəstəyimizi əsirgəməyəcəyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti