Türkiyə Superliqasında 18-ci turun oyunları davam edir.
Növbəti oyun günündə dörd qarşılaşma keçirilib.
“Fənərbaxça” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Meydan sahiblərinin iki futbolçusu ilk hissədə qırmızı vərəqə alsa da, "Fənərbaxça" bundan istifadə edə bilməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
22 dekabr
Türkiyə Superliqası, 18-ci tur
"Sivasspor" – "Rizəspor" - 1:1
Qol: Kayode, 72 – Pohyanpalo, 74.
"Hatayspor" – "Konyaspor" - 1:3
Qol: Əl Kaabi, 3 – Mpoku, 29; 54. Koka, 90+2.
"Qaziantep" – "Alanyaspor" -2:1
Qol: F.Soyalp, 56. Dyedyu, 78-öz qapısına – Novais, 62.
"Fatih Karagümrük" – "Fənərbaxça" - 1:1
Qol: Peşiç, 31 – M.Özil, 40-pen.
Qırmızı vərəqələr: Bekaroğlu, 37, Erkin, 38