“Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfəri idi” - UEFA prezidenti

12:00 24 Dekabr 2021

UEFA-nın prezidenti Aleksander Çeferin iflasa uğrayan Avropa Super Liqası ilə bağlı növbəti dəfə açıqlama verib.

Qurumun mətbuat xidmətinə danışan sloveniyalı funksioner bu layihənin ləğvini 2021-ci ilin əsas qələbəsi adlandırıb:

“Super Liqa layihəsinin ləğv edilməsi ilin ən böyük zəfəri idi. Bu məsələdə UEFA-nı dəstəkləyən hər bir kəsə təşəkkür edirəm. Bu, bizim uğurlarımızın davamının gələcəyinə zəmanət verir”.

Xatırladaq ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.


Digər xəbərlər

Xəbər xətti