AFFA I Divizion klublarını cərimələdi

19:00 24 Dekabr 2021

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda 1-ci divizionun 13-cü turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

I Divizionun XIII turunun “Zaqatala” – “Neftçi-2” oyununda meydan sahiblərinin futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
I Divizionun XIII turunun “Zaqatala” – “Neftçi-2” oyununda meydan sahiblərinin futbolçusu Aleksandr Şemonayev oyunun 58-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
I Divizionun XIII turunun “Zaqatala” – “Neftçi-2” oyununda matç bitdikdən sonra meydan sahiblərinin futbolçusu Elcan Şirinov təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
 
I Divizionun XIII turunun “Zaqatala” – “Neftçi-2” oyununda qonaq komandanın futbolçusu İnqilab Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
I Divizionun XIII turunun “Zirə-2” – “Turan Tovuz” oyununda oyun öncəsi polis nümayəndəsinin təyin olunan vaxtda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
 
I Divizionun XIII turunun “Zirə-2” – “Turan Tovuz” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.
 
I Divizionun XIII turunun “Sabah-2” – “Kəpəz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
I Divizionun XIII turunun “Qəbələ-2” – “Sumqayıt-2” oyununda qonaq komandanın futbolçusu Emil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti