Messinin ən pis ilk dövrəsi

22:26 24 Dekabr 2021

PSJ-nin futbolçusu Lionel Messi karyerasının ən uğursuz mövsümlərindən birini yaşayır.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu Paris təmsilçisinin heyətində Fransa çempionatının ilk dövrəsini cəmi 1 qolla tamamlayıb.

 

34 yaşlı futbolçu ölkə çempionatında meydana çıxdığı 11 oyunda cəmi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, Messinin karyerasının ən uğursuz ilk dövrəsidir.


Digər xəbərlər

Xəbər xətti