Yeni idman direktoru 2 futbolçunun "Neftçi"yə transferinə RAZILIQ VERMƏDİ

00:36 27 Dekabr 2021

«Neftçi»nin baş məşqçisi Samir Abasov sərəncamında görmək istədiyi 2 yeni futbolçudan imtina etməli olub.

Sportarena.az xəbər verir ki, bunlar «Sumqayıt»dan Höccət Haqverdi ilə Rəhim Sadıxovdur.

Baxmayaraq ki, «kimyaçılar» hər iki oyunçunu paytaxt təmsilçisinə satmağa razı idi, hətta danışıqlar da başlamışdı.

Görüşmələr bu minvalla lavam etsəydi, «ağ-qaralar» qarşı tərəfə üst-üstə 300 min manat ödəyəkdi. 100 min manat Höccət, 200 min manat Rəhim üçün.

Lakin… «Neftçi»nin idman direktoru Zaur Əzizov adıçəkilən futbolçuların transferinə qarşı çıxıb.

Yeni görəvə gələn funksioner «Sumqayıt»da zəif mövsüm keçirən cütlüyün onların komandasını gücləndirmək iqtidarında olmadığını deyib və baş məşqçinin yanlış transfer siyasəti apardığını başqa faktlarla əsaslandırıb. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti