İngiltərənin “Kristal Pelas” komandasının baş məşqçisi Patrik Vieyra koronavirusa yoluxub. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransalı mütəxəssisin sonuncu COVİD-19 testi pozitiv çıxdığı üçün karantinə alınıb. O, bu səbəbdən bu gün Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən “Tottenhem”lə səfər matçını buraxmaq məcburiyyətində qalıb. Komandanı bu oyuna Vieyranın köməkçisi Osian Robertsin çıxaracağı diqqətə çatdırılıb.