"Şalke" Mahir Emrelini razı salmağa çalışır

16:00 27 Dekabr 2021

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreliyə "Lester" və "Şalke"dən təklif olması barədə xəbər vermişdik.

Helzenkirhen təmsilçisi artıq futbolçu və klubu ilə danışıqlara keçib.

Almaniya 2-ci Bundesliqası təmsilçisinin rəhbərliyi qışdan sonra Emrelinin onlara kömək etməsini istəyir. Bunun üçün klub onu keçidə görə razı salmağa çalışır.

“Visla”(Plotsk) – “Legiya” görüşündən sonra azarkeşlərlə mübahisəsindən sonra Varşava klubunu tərk edəcəyinə konkret qərar verən Emrelinin özünün də Almaniyaya yollanmaq istədiyi bildirilir. 

"Şalke" hazırda 30 xalla 4-cü pillədəd qərarlaşıb.

​“Fehervar” və “Ferentsvaroş”un da transfer siyahısında yer alan Mahirin qışdan sonra karyerasına harada davam etdirəcəyi yanvarda bəlli olacaq. (sportal.az)


Xəbər xətti