“Globe Soccer Awards”: İlin ən yaxşıları açıqlandı

23:45 27 Dekabr 2021

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə 2021-ci ilin qalibləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, finalçılar beş milyon azarkeşin iştirak etdiyi səsvermədən sonra seçilib.

 

Qaliblərin müəyyən edilməsi üçün səsvermə rəsmi olaraq dekabrın 20-də başa çatıb.

 

“Globe Soccer Awards” 2021 nəticələrini təqdim edirik:

Azarkeşlər arasında ilin ən yaxşı oyunçusu - Robert Levandovski

İlin kişi idmançısı - Kilian Mbappe

Maradona mükafatı - Robert Levandovski

Bütün zamanların bombardiri - Kriştiano Ronaldo

İlin ən yaxşı milli komandası - İtaliya

İlin ən yaxşı kişi klubu - “Çelsi”

İlin ən yaxşı baş məşqçisi - Roberto Mançini

İlin ən yaxşı müdafiəçisi - Leonardo Bonuççi

İlin ən yaxşı qapıçısı - Canluici Donnarumma

İlin Qadın Klubu - “Barselona”

İlin qadın oyunçusu - Aleksia Putellas


Xəbər xətti