İngiltərə Premyer Liqasının 20-ci turunun “Everton” – “Nyukasl” matçı təxirə salınıb.
Buna səbəb “Nyukasl”ın heyətində koronavirusa yoluxma hallarının artmasıdır. Ona görə də qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu tarixdə baş tutmayacaq.
Qeyd edək ki, "Everton" - "Nyukasl" görüşü sabah oynanılmalı idi.