"Neftçi" ilk transferini reallaşdırıb

16:19 29 Dekabr 2021

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb. Məlumatı klubun saytı yayıb. 27 yaşlı müdafiəçi komandanın heyətində 19 nömrəli formanı geyinəcək.

Azər Salahlı “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt”da (2016-2018) çıxış edib.


Digər xəbərlər

Xəbər xətti