"Barselona"da koronavirusa yoluxan futbolçuların sayı 10-a yüksəldi

12:12 31 Dekabr 2021

İspaniyanın "Barselona" klubunda koronavirusa yoluxanların sayı artıb.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçuları Filipe Koutinyo, Serjinyo Dest və Ez Abdenin də COVİD-19 testlərinin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edəkki, "Barselona"da daha əvvəl Klemen Lanqle, Dani Alveş, Qavi, Samuel Umtiti, Usman Dembele, Alexandro Balde və Jordi Alba koronavirusa yoluxub.


Digər xəbərlər

Xəbər xətti