Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti – üçüncü seminar keçirilib.
Sportarena.az xəbər verir ki, tədbir AFFA və Türkiyə Futbol Federasiyası arasındakı qarşılıqlı əməkdaşlıq əsasında gerçəkləşib.
Seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının video-operatorları iştirak edib.
Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin qatıldığı dərslərdə nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.
VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar 2 - 4 noyabrda, ikinci seminar 30 noyabr - 2 dekabrda təşkil olunub.